29 mart 2013 13:44
Vaqif Sadıqov: Lənkərandakı uğurumuzu təkrarlamağa çalışacağıq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 24-cü turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İndi çempionatımızdakı bütün oyunlar çətin keçir. Ona görə də öncədən kimin qalib gələcəyini demək mümkün deyil. Bu da Premyer Liqanın səviyyəsindən xəbər verir. Aydın məsələdi ki, oyun Lənkəranda keçirildiyinə görə, üstünlük “Xəzər Lənkəran”da olacaq. Çünki komandanın yaxşı azarkeş dəstəyi var. Amma biz bu mövsüm artıq Lənkəranda yaxşı oyun sərgiləməyi, nəticə qazanmağı bacarmışıq. Ona görə də bu uğurumuzu yenidən təkrarlamağa çalışacağıq”.