29 mart 2013 13:53
Rəvan Turanla oyuna hazırlıq prosesinə yekun vurdu
"Rəvan” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində sabah "Turan”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq bu oyun üçün hazırlığını başa vurub.
Belə ki, bu gün baş tutan səhər məşqi matç öncəsi son hazırlıq olub. Komanda üzvləri "Bayıl Arena”da çalışmaqla hazırlığı başa vurub. Baş məşqçi Ramil Əliyev görüşdən əvvəl yetirmələrini elə də çox yormaq istəmədiyi sezilib. Ancaq futbolçuların səylə çalışmaları da diqqətdən yayınmayıb.
Qeyd edək ki, komanda yığmaların çıxışı ilə yaranmış fasilədən sonra ilk dəfə bütün kollektivlə məşq keçib. Sevindirici məqamlardan biri də komandada zədəli və cəzalı futbolçuların olmamasıdı. Son günlər fərdi məşqlə kifayətlənən Nikolay Orlovski də komanda ilə ümumi çalışmalarda iştirak edib. Baş məşqçi Ramil Əliyev klubun rəsmi saytına açıqlamasında moldovalı müdafiəçinin "Turan”la görüşdə meydana çıxa biləcəyini söyləyib.
