30 mart 2013 19:55

Neftçi, Bakı və Qarabağdan qələbə, XL-la AZAL-dan sülh (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.
 
İlk altılıq çərçivəsində “Simurq” Zaqatalada “Bakı”nı qəbul edib. Görüş paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb. Dördüncü pillədə qərarlaşan “Qarabağ” Bakıda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu minimal hesabla üstün olub. İddialıların daha bir oyunu çempionatımızın iki favoriti - “İnter”lə “Neftçi” arasında baş tutub. Bu görüşdə də "Neftçi" 3 xala sevinən tərəf olub.
 
İkinci altılıq çərçivəsində “Sumqayıt” “Kəpəz”lə üz-üzə gəlib. Meydan sahibləri 1 cavabsız qolla üstün olublar. “Turan” da “Rəvan”la münasibətlərinə aydınlıq gətirib. Görüş bakılıların inamlı qələbəsiylə başa çatıb. Ən nəhayət, turun qapanış matçında “Xəzər Lənkəran”la AZAL qarşılaşıb. Görüş sülhlə bitib.
 
Topaz Premyer Liqası
24-cü tur
30 mart (şənbə)
 
XƏZƏR LƏNKƏRAN – AZAL - 1:1 (1:1)
Qollar: O.Klava, 26 (0:1), A.Silva, 35 (1:1).
Lənkəran şəhər mərkəzi stadionu.
 
Oyun başladı
Qeyd edək ki, bu, Con Toşakın XL-dakı ilk oyunudu
XL oyuna daha fəal başlayıb
Pitin uzaqdan zərbəsi dəqiq olmur
Nildonun zərbəsi qapıdan yan keçir
Alvizin zərbəsi dirəkdən dönür
Pitin daha bir zərbəsi dəqiq deyil
26. Klava dəqiq zərbə ilə hesabı açır - 0:1
Pit hesabı bərabərləşdirməyə yaxın olsa da, zərbəsi dəqiq alınmır
35. Alvaro Silva hesabı bərabərləşdirir - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra oyun elə də yüksək tempdə keçmir
Olguini Tounkara əvəzləyir
A.Silva sarı vərəqə ilə cəzalanır
XL hücumların qurulmasında çətinlik çəkir
AZAL daha fəal təsir bağışlayır
Arsenyeviçin zərbəsi qapıdan yan keçir
Benuahinin zərbəsi Allahverdiyevin əlinə dəyir. Penalti təyin olunur
Lakin Sadıqlı Benuahinin penalti zərbəsini dəf edir
Aylton kobud oyuna görə ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovulur
Sialmasın çox təhlükəli zərbəsini qapıçı dəf edir
Üstünlük XL tərəfdədi
Matç başa çatdı
 
XƏZƏR LƏNKƏRAN: 29. Orxan Sadıqlı, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 35. Lusiano Olguin, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 24. Gökhan Güleç.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 4. Junior Ailton, 23. Tural Nərimanov, 15. Oskar Klava, 6. Tagim Novruzov, 7. Cavid Tağıyev, 20. Branislav Arsenyeviç, 11. Zohair Benouahi, 28. Con Oluremi.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 22. Ruslan Tağızadə, 3. Usim Nduka, 32. Vladimir Boqdanoviç, 9. Elşən Məmmədov, 10. Tərlan Xəlilov, 37. Andrius Veliçka.
 
İNTER – NEFTÇİ - 0:1 (0:1)
Qol: J.Vobay, 31 (0:1)
Bakı. “Şəfa” stadionu.
 
Oyun başladı
3. D.Silvanın uzaqdan zərbəsini Lomaya tutur
6. Roşa cərimə meydançası həndəvərində kobudluqla dayandırılır. "İnter" cərimə zərbəsi vurmaq hüququ qazanır
7. Cərimə zərbəsi canlı səddə toxunur və kornerlə nəticələnir. Lakin oyundakı ilk korner vuruşu da qol gətirmir
10. Hər iki komanda ilk dəqiqələrdən fəaldı
14. Sxadadzenin zərbəsi qapının üstündən keçir
15. Flavinyonun zərbəsi dəqiq olmur
16. R.Sadiqov sərt oyuna görə sarı vərəqə alır
20. "Neftçi" fəllığı artıır
24. S.Zərgərov əla ötürməni başla tora qovuşdurmaq istəsə də, Stamenkoviç əla reaksiya ilə qola imkan vermir
31. Vobay cərimə zərbəsini çox dəqiq zərbə ilə qola çevirir - 0:1
33. Zərgərovun zərbəsi dəqiq olmur
40. "İnter"in fəallığı hələ ki, bəhrəsizdi
44. Roşa da sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "İnter" fasilədən sonra daha istəkli görünür. B da başadüşüləndi
52. Genovun zərbəsi qapıdan azca yan keçir
58. Genov növbəti əlverişli vəziyyət zamanı topu Stamenkoviçin üzərinə vurur
60. Goergiyevski sarı vərəqə alır
62. "Neftçi" təhlükəli nöqtədən daha bir cərimə zərbəsi vurmaq hüququ qazanır. Sadiqovun çox təhlükəli zərbəsini Lomaya kornerə çıxarır
64. "Neftçi" "bankirlər"in hesabı bərabərləşdirməsinə çətinliklə də olsa, imkan vermədi
65. Qonaqların əks-hücumları çox təhlükəli alınır
68. Lomaya da sarı vərəqə alır
71. "İnter"də R.Əmircanovu A.Daşdəmirov əvəzləyir
71. M.Seyidovu E.Mehdiyev əvəzləyir
75. R.Sadiqov növbəti kobud oyuna görə ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovulur
79. "İnter"də Kandelakini Fomenko, "Nefti"də isə Vobayı T.Quliyev əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
İNTER: 1. Georgi Lomaya (k), 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 91. Leandro Roşa.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 9. Daniel Genov, 14. Petar Zlatinov, 21. Arif Daşdəmirov, 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev, 87. İlqar Ələkbərov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Xose Luis Kabion, 4. Tərlan Quliyev, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev.
 
SİMURQ – BAKI - 0:1 (0:0)
Qol: M.Pena, 74 (0:1)
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
"Bakı" topa daha çox nəzarət edir. Amma meydanın özünə aid hissəsində
Juniorun zərbəsi qapıdan yan keçir
"Simurq" getdikcə üstünlüyü ələ alır
Hücumlar o qədər də kəsərli alınmır
Nəbiyev sarı vərəqə alır
Bojiçin zərbəsi qol gətirmir
Burhard da qeyri-dəqiq zərbə ilə yadda qalır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı"nın qapısı qarşısında yaranan təhlükəli vəziyyət zamanı Nuredinoski qola imkan vermir
Fasilədən sonra oyun bir qədər gərgin və maraqlı məcrada keçir
Zrnanoviç sarı vərəqə alır
Nuredinoski növbəti dəfə komandasını qoldan xilas edir
74. Pena nəhayət ki, oyunda hesabı açır - 0:1
Matç başa çatdı
 
SİMURQ: 22. David Pietrzkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 8. Qərib İbrahimov, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 21. Murad Səttarlı, 25. Mario Bojiç, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 12. Tomislav Buşiç, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 3. Rasim Ramaldanov, 19. Nicat Qurbanov.
BAKI: 82. Edin Nuredinoski, 14. Elvin Əliyev, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 11. Elvin Məmmədov (k), 6. İbrahim Karqbo, 8. Junior Vilson, 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev, 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 2. Edemir Rodriqes, 28. Ferdi Elmas, 22. Risto Ristoviç, 19. Nurlan Novruzov, 3. Denis İvanov, 27. George Popxadze.
 
QARABAĞ – QƏBƏLƏ - 1:0 (1:0)
Qol: R.Almeyda, 39 (1:0)
Bakı. T.Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
2. "Qəbələ" cərimə zərbəsi vurmaq hüququ qazanır. Top Fərhadda qalır
5. Rəşadın ötürməsindən sonra Muarrem qapıçı ilə üz-üzə qalsa da, qol vura bilmir
6. Opara əla ötürmə zamanı cərimə meydançasında yerdə qalır, hakim qayda pozuntusunun olmadığını bildirir
10. "Qarabağ" ərazi üstünlüyünü ələ keçirməyə çalışır
15. Hələ ki, oyunda nisbi sakitçilikdi. Meydanda elə də sürətli oyun getdiyini demək olmaz
20. "Qəbələ"nin hücumu zamanı top qapının üstündən keçir
24. Opara əlverişli vəziyyətdə qapıya dəqiq zərbə endirə bilmir
30. "Qarabağ" oyundakı ilk korner vuruşundan yaxşı yararlana bilmir
38. Çertoqanov təhlükəli nöqtədə qaydanı pozur. "Qarabağ"ın cərimə zərbəsini R.Almeyda vurur. Braziliyalı dəqiq zərbə ilə topu doqquzluğa ünvanlayır - 1:0
44. "Qarabağ" daha bir cərimə zərbəsi qazanır. Amma Torresin cərimə meydançasına ötürməsini müdafiəçilər uzaqlaşdırırlar
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. R.Abdullayev oyunda ilk sarı vərəqə alan futbolçu olur
50. R.Sadıqovun cərimə zərbəsi çox uğuruz alınır
55. Oyunda temp çox aşağıdı
60. "Qəbələ" hesabı bərabərləşdirməyə çalışsa da, meydan sahiblərinin əks-hücumları da təhlükəli olur
65. A.Quluzadə Ü.Abbasovla əvəzlənir
65."Qarabağ"da isə Muaremi Ə.İsmayılov əvəzləyir
69. Zinko da sarı vərəqə ilə cəzalanır
77. Pulhakı Emeqara əvəzləyir
79. R.Abdullayevin zərbəsi qapının üstündən keçir
83. Almeydanı N.Yusifov əvəzləyir
89. H.Əhmədovun qüvvətli zərbəsini Nəzirov çətinliklə də olsa, tuta bilir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Oyun başa çatdı
 
QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 24. Admir Teli, 25. Ansi Aqolli, 88. Kristian Torres.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 16. Elnur Abdulov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 55. Bədavi Hüseynov.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 4. Amit Quluzadə, 5. Luka Zinko, 6. Nikola Valentiç, 8. Kristian Pulhak, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k).
Ehtiyat ounçular: 25. Dieqo Kosta Silva, 3. Vurğun Hüseynov, 15. Omar Kalaban, 16. İfeanyi Emeqara, 21. Elmar Baxşıyev,22. Rodriges Assis, 34. Ürfan Abbasov.
 
SUMQAYIT – KƏPƏZ - 1:0 (0:0)
Qol: M.Doymuş, 67-pen (1:0)
Bakı. “Bayıl Arena”.
 
Oyun başladı
İlk dəqiqələr sakit məcrada keçir
"Sumqayıt"ın azacıq üstünlüyü diqqət çəkir
Qurbanovun zərbəsi qapıdan aralı keçir
"Smqayıt" topa daha çox nəzarət edir
"Kəpəz"in oyunu bərabərləşdirmək istəyi alınmır
Cəfərquliyevin zərbəsi qapıdan aralı keçir
Qurbanovun zərbəsini qonaqların qapıçısı çətinliklə də olsa, dəf edə bilir
Asani qeyri-dəqiq zərbə ilə yadda qalır
Qurbanovun daha bir zərbəsi qapının üstündən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Sumqayıt" fasilədən sonra da fəaldı. Amma meydan sahibləri istədikləri qolu vura bilmirlər
"Kəpəz" də müdafiədə oturmaq istəmir
Cəfərquliyevin zərbəsi dəqiq olmur
Oyun bu dəqiqələrdə bir qədər sakitləşib
67. M.Doymuş nəhayət ki, penalti vuruşu ilə hesabı açır - 1:0
"Sumqayıt" yenə də hücumlarını davam etdirir
Cəfərquliyevdən daha bir qeyri-dəqiq zərbə
Matç başa çatdı
 
SUMQAYIT: 1. Səlahət Ağayev, 4. Samir Abasov (k), 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzəağa Hüseynpur, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 6. Taner Taktak, 22. Xəyal Mustafayev, 25. Eldar Cankişiyev, 70. Şamil Camaləddinov.
KƏPƏZ: 1. Ramil Kərimov, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 18. Nikolay Svejentsev, 23. Ravil Müslümov, 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 30. Vladislav Serebryakov, 5. Mətləb Məmmədov, 9. Alan Sotanov, 10. Zaur Əsədov, 27. Vüqar İbrahimov, 14. Elxan Əzizov.
 
TURAN – RƏVAN - 2:6 (2:1)
Qollar: M.Kalonas, 10 (0:1), A.Məmmədov, 30 (1:1), F.Əliyev, 35 (2:1), M.Kalonas, 60 (2:2), X.M.Varea, 62 (2:3), X.M.Varea, 69 (2:4), X.M.Varea, 72-pen (2:5), M.Adamoviç, 74 (2:6)
Bakı. “Dalğa Arena”.
 
Oyun başladı
"Rəvan" oyuna daha fəal başlayıb
Vareanın zərbəsi qapıdan azca yan keçir
"Rəvan"ın ərazi üstünlüyü var
10. Kalonas dəqiq zərbə ilə hesabı açır - 0:1
Kalonas dublunu rəsmiləşdirməyə yaxın olsa da, bu dəfə istəyinə çata bilmir
30. A.Məmmədov hesabı bərabərləşdirir - 1:1
35. F.Əliyev "Turan"ı hesabda önə keçirir - 2:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Turan" fasilədən sonra da fəallıq nümayiş etdirir
Əliyevin zərbəsi qapıdan yan keçir
"Rəvan" getdikcə təzyiqi artırır
60. M.Kalonas özünün və komandasının ikinci qolunu vurur - 2:2
62. Varea komandasını hesabda önə keçirir - 2:3
69. Varea da dublunu rəsmiləşdirir - 2:4
72. Varea penalti zərbəsini dəqiq yerinə yetirərərək, hesabı biabırçı həddə çatdırır - 2:5
74. Adamoviç də "Turan"ın qapısına yol tapır - 2:6
Varea poker etməyə yaxın olsa da, zərbəsi dəqiq olmur
Əliyevin də zərbəsi qapıdan yan keçir
Matç başa çatı
 
TURAN: 28. Andrey Popoviç, 2. Dmitri Pospelov, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 10. Ender Günlü (k), 13. Nikoloz Maisuradze, 17. Fərmayıl Əliyev, 19. Asəf Qədiri, 20. David Janelidze, 25. Antonio Rukavina, 26. Aleksandr Kurtskeviç.
Ehtiyat oyunçular: 1. Kamal Bayramov, 3. Anatoli Stukalov, 4. Vüqar Bəybalayev, 5. Vasif Rzayev, 8. Budaq Nəsirov, 23. İrakli Beraya, 21. Elşad Manafov.
RƏVAN: 1. Lukaş Sapela, 3. Cəmil Rəhimli, 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç, 22. Tofiq Mikayılov.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 7. Ramil Həşimzadə, 9. Vüsal Qarayev, 16. Orxan Lalayev, 19. Hüseyn Axundov, 25. Ayaz Mehdiyev, 28. Emin Mustafayev.
 
1 Neftçi 24 15 3 6 49 25 +24 48
2 İnter 24 12 8 4 26 14 +12 44
3 Qarabağ 24 11 9 4 31 20 +11 42
4 Simurq 24 10 9 5 26 16 +10 39
5 Bakı 24 7 13 4 26 16 +10 34
6 Qəbələ 24 9 5 10 27 30 –3 32
 
1 AZAL 24 8 9 7 36 27 +9 33
2 XL 24 7 8 9 33 29 +4 29
3 Rəvan 24 8 4 12 30 38 –8 28
4 Sumqayıt 24 7 7 10 25 39 –14 28
5 Turan 24 6 5 13 26 45 –19 23
6 Kəpəz 24 2 4 18 13 49 –36 10
 
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
13 - Franko Nildo (AZAL)
11 - Xuan Manuel Varea (Rəvan)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Riçard Almeyda (Qarabağ).
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.