30 mart 2013 15:27
Abışov yenə debüt edə bilmədi, Rubin qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun yeni klubu “Rubin” bu tur Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib.
Qarşılaşma Kazanda keçirilirdi. Ona görə də Kurban Berdiyevin yetirmələri bu görüşdən mütləq qələbə ilə ayrılmağı hədəfləmişdilər. 90 dəqiqənin tamamında qələbə məhz kazanlılara qismət olub.
Abışov bu oyunda Rusiya Premyer Liqasında debüt edə bilərdi. Həmyerlimizin adı nəhayət ki, bu dəfə iştirak ərizəsinə salınmışdı. Lakin o, ehtiyatda qaldı və oynamaq şansı qazanmadı.
Qeyd edək ki, 21 turdan sonra “Rubin” 38 xalla 4-cü yerdə gedir.
Rusiya Premyer Liqası
22-ci tur
30 mart
Rubin - Lokomotiv - 2:0 (1:0)
Oyun başladı
40. Natxo cərimə meydançası həndəvərindən dəqiq zərbə ilə hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
87. Dyadyun əks-hücum zamanı kazanlıların ikinci qoluna imza atır - 2:0
Matç başa çatdı
