30 mart 2013 17:55
Məlikov oynadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası PTT Birinci Liqanın 28-ci turu çərçivəsində “Erciyesspor” ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Bu üzdən də həmyerlilərimizin komandası lideri məğlub yola salmaq fikrindəydi. Lakin Kayseri təmsilçisi bu görüşdən qalib ayrılıb.
Bu görüşdə futbolçularımızın da iştirakı istisna deyildi. Lakin onlardan yalnız Məlikov start heyətdə meydana çıxıb. Arifin adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Ariflə Railin komandası 27 oyuna 33 xalla 12-ci yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
28-ci tur
30 mart
Denizlispor - Erciyesspor - 1:2
