29 mart 2013 14:27
Ramiz Məmmədov Deyan Kelharı bağışladı
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov futbolçu Deyan Kelharla bağlı qərarını dəyişib. Azerisport.az xəbər verir ki, gənc çalışdırıcı Sloveniya yığmasının üzvünü bağışlayıb.
Qeyd edək ki, “İnter”lə oyunda kobud səhvlərə yol verən Deyan Kelhar Ramiz Məmmədov tərəfindən komandadan uzaqlaşdırılmışdı. Futbolçu ilə görüşən baş məşqçi onu yenidən komandaya qaytarmaq qərarına gəlib.
