29 mart 2013 15:25
“Bizə heç-heçə kifayət etsə də, qələbəyə oynayacağıq”
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesionun azerisport.az saytına müsahibəsi
- AÇ-nin əsas seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina üzərində qazandığınız qələbə (3:2) haqda nə deyə bilərsiz?
- İlk oyun günündə bosniyalıların Slovakiya ilə heç-heçəsi sürpriz oldu. Belə oyunu onlardan heç kim gözləmirdi. Bu baxımdan bizim işimiz bir qədər asan idi. Çünki bu rəqibdən artıq nə gözləmək lazım olduğunu bilirdik. Baxmayaraq ki, bizim üçün də bosniyalılarla qarşılaşma çətin və əsəbi keçdi. Xeyli qol epizodlarından yararlana bilmədik. Amma uşaqlar yaxşı oynadılar.

- Komanda rəqib qapısına 50-dən çox zərbə endirdi, amma cəmi üç qol vurdu. Problem nədədi?
- Təbii ki, bu, problemdi. Səbəbini hələlik deyə bilmərəm. Bratislavaya səfərə bir həftə qalmışadək qapıya zərbələr üzərində xüsusi çalışmışdıq. Norveçlə oyunda hər şey qaydasında idi. Amma bir məqamı da qeyd etmək lazımdı ki, problem təkcə bizdə deyil. Çünki bu oyunda bosniyalıların qapıçısı da çox inamlı təsir bağışladı.

- Uğurlu startın vacibliyini qeyd edirdiniz, komandanız ilk iki oyunu da qələbə ilə başa vurmağı bacardı...
- Yaxşı toplanış həyata keçirmişdik. Turnirə tama hazır idik. Qələbə istəyi, konsentrasiya da yüksək səviyyədədi. Komandamız yaxşı oyunçulardan qurulub. Azərbaycan yığması AÇ-nin final mərhələsinə birinci yerlə çıxmaq istəyir.
- Hər iki oyunda start beşliyi braziliyalılardan qurulmuşdu. Halbuki, atədən yerli futzaltçılara da şans verirdiniz...
- Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadə cəzalı olduğundan ilk oyunu buraxmalı oldu. Amma ikinci oyunda onlar da bizə kömək etdilər. Onu da qeyd etməliyəm ki, hazırda braziliyalılar daha yaxşı oynayırlar.
- Slovakiya ilə son oyunda şanslarımız nə dərəcədə yüksəkdi?
- Onlar evdə oynayırlar. Təzyiq daha çox rəqibin üzərindədi. Bosniya və Herseqovinadan heç kim belə oyun gözləmirdi. Elə slovakiyalılar da. Lakin meydan sahibləri daha çox bizimlə görüşü düşünürlər. Çünki AÇ-2014-ə qrup birincisi kimi getmək istəyirlər.

- Azərbaycan yığmasına isə bunun üçün hətta heç-heçə də kifayətdi...
- Buna baxmayaraq, biz yenə qələbəyə oynayacağıq. Əks halda xoşagəlməz aqibətlə üzləşə bilərik.