29 mart 2013 16:36
Riçard Almeyda: Uğursuzluğa son qoymaq istəyirik
“Qarabağ” sabah Premyer Liqanın 24-cü turunda “Qəbələ”ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, cari mövsüm kubok da daxil olmaqla artıq 5-ci dəfə üz-üzə gələcək bu komandaların görüşündə ağdamlılar ilk qələbəsini qazanmaq istəyirlər.
“Qarabağ”ın bombardiri Riçard Almeyda vacib oyun öncədi klub saytına danışıb: “Qəbələ”də olduqca güclü futbolçular var. Bu il onlarla oyunlarımız olduqca çətin keçib. Bu dəfə də istisna deyil. Komandamız uzun müddətdir bir yerdə məşq etmir. Cəmi 2 dəfə birlikdə məşq etmək şansımız olub. Amma şikayətlənmək zamanı deyil. Qələbə qazanmaq lazımdı. “Simurq”a məğlubiyyət bizə dərs oldu. Aradakı məsafə səhvlərimizdən nəticə çıxarmaq üçün yetərli oldu. Oyun çox çətin olacaq. Rəqibimizin avrokubok üçün tək yolu çempionatda uğur qazanmaqdır. Ona görə də 3 xal üçün hər şey edəcəklər. Amma biz də eyni məqsəd üçün meydana çıxacağıq. Komandamızda itkilər var. Amma bu bizə bəhanə ola bilməz. Yeni transferlərimiz Reynaldo, Torres də düzəliblər. Opara da səviyyəsini hiss etdirir. Sabah 3 xal qazanıb rəqibə qarşı uğursuz sindroma son qoymaq istəyirik”.
