30 mart 2013 18:05
“İlk qolu vurduqdan sonra davamının gələcəyini düşünürdüm”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 24-cü turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin gənc çalışdırıcısı 6:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna çox yaxşı başladıq, ilk qolu vurduqdan sonra davamının gələcəyini düşünürdüm. Lakin öz qapımızda 2 qol gördük. 2-ci hissəyə tam fərqli basladıq, oyunda da, hesabda da üstünlüyü ələ aldıq. Mərkəz xətti oyunçularımızın ikili mübarizələrdə uduzmasına baxmayaraq, komandanın oyunundan razı qaldım. Böyük üstünlüklə qalib gəldiyimiz üçün şadam”.
