30 mart 2013 18:12
Əfqan Talıbov: Hər şey göz qabağında idi
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 24-cü turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 2:6 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun haqqında çox şey danışmağa ehtiyac yoxdur, hər şey göz qabağında idi. 2-ci hissədə heç nə ilə fərqlənmədik. Amma belə məğlubiyyət olmaz. Asəf Qədiri ilk hissədən sonra ayağındakı ağrı səbəbindən əvəzlənməsini istədi. O başa düşmür ki, ağrısı olsa da, sona kimi bu oyunu oynamalı idi. Mövsüm sonunda 5-6 futbolçu ilə yollarımız ayırıb əvəzinə gənc oyunçuları cəlb edəcəyik”.
