30 mart 2013 18:41
“Məğlub olsaq da, oyundan narazı deyiləm”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 24-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komandanın heyətində itkilər var idi. Firkrimcə, maraqlı oyunun şahidi olduq. Bir çox imkanlarımız oldu. Təəssüf ki, həlledici qolu penaltidən buraxdıq. Komanda məğlub olsa da, oyundan narazı deyiləm. Fərid Quliyevin fərqlənmək üçün imkanı var idi. Lakin qol vura bilmədi”.
