30 mart 2013 20:04
Ramiz Məmmədov: Qarabağ yaxşı təsir bağışlamasa da, qələbə qazandı
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 24-cü turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ceyhun Sultanovun zədələnməsi komandanın bütün planlarını pozdu. "Qarabağ" yaxşı təsir bağışlamasa da, qələbə qazandı. Almeyda cərimə zərbəsindən gözəl qol vurdu və bu da oyunun taleyini həll etdi. Gələcək oyunlara baxacağıq”.
