30 mart 2013 20:12
Qurban Qurbanov: Hələ heç nə bitməyib
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 24-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qəbələ” yüksək göstəriciləri ilə fərqlənir. Oyunumuz pis alınmadı. Bu oyunu yaddan çıxarıb, gələn oyunlara baxmalıyıq. Hələ heç nə bitməyib. Qarşıda çox çətin matçlarımız var . Getdikcə yeni transferlərdən istifadə etməyə başlamışam. Aldığımız oyunçular meydanda idi. Təkcə Subaşiç oynamırdı. Qışda etdiyimiz transferlərdən ən yaxşısı Oparadı”.
