30 mart 2013 20:18
“İkinci hissəyə fərqli taktiki sxemlə başladıq”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 24-cü turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Öz işimdə səbrli olmağı sevirəm. Oyuna çox yaxşı başladıq. Hər iki komandanın qol vurmaq imkanları var idi. İkinci hissəyə fərqli taktiki sxemlə başladıq və buna uyğun çox gözəl qol vurduq”.
