30 mart 2013 20:27
“Qol vəziyyətlərindən yararlana bilmədik”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 24-cü turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun gərgin alındı. İlk hissəyə pis başladıq. Qol vəziyyətlərindən yararlana bilmədik. Səhvdən qapımızda qol gördük. Əldə etdiyimiz imkanlardan faydalana bilmədik”.
