30 mart 2013 20:35
Vaqif Sadıqov: Oyunumuzu pressinq və əks-hücum üzərində qurmuşduq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 24-cü turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib komandaya yeni baş məşqçi təyin olunduğundan fərqli oyun olacağını bilirdik. Oyunumuzu pressinq və əks-hücum üzərində qurmuşduq. İlk hissədə qol istəyimizə çatdıq. Fikrimcə hər iki komanda ilk altılığa layiqdi və bugünkü oyun da bunu göstərdi. Hesabı oyuna görə ədalətli sayıram. Komandam ilə fəxr edirəm”.
