30 mart 2013 20:43
Con Toşak: Qələbə də qazana bilərdik
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 24-cü turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin ispaniyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Həm oyun baxımından, həm də təşkilatlanmaya görə AZAL çox yaxşı komandadı. Rəqib azlıqda qalandan sonra hesabı xeyrimizə dəyişmək üçün imkanlarımız oldu, qələbə də qazana bilərdik. Futbolçular daha çox fərdi bacarıqlarını göstərməyə çalışırdı. Bu da komanda oyununa təsir edir”.
