30 mart 2013 21:28
Derbi qalmaqalsız ötüşmədi
Topaz Premyer Liqasının 24-cü turunun “İnter” – “Neftçi” oyunu insidentsiz ötüşməyib. Azerisport.az xəbər verir ki, matçın sonunda iki futbolçu arasında gərginlik yaranıb.
Deyilənə görə, “İnter”in oyunçusu Asif Məmmədov “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin anasını söyüb. Serb qapıçı rəqibinin üzərinə yerisə də, hakim və futbolçuların müdaxiləsi aranın sakitləşməsinə səbəb olub.
