30 mart 2013 11:44
Topaz Premyer Liqası, 24-cü tur: Mircavadovun proqnozu
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Topaz Premyer Liqasının 24-cü turunun oyunlarına proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
Qarabağ – Qəbələ
Hər iki komanda üçün vacib oyundu. “Qarabağ”a “Simurq”la oyundakı məğlubiyyətdən sonra “Neftçi” və “İnter”lə arada yaranmış fərqi azaltmaq lazımdı. “Qəbələ”yə gəlincə, məncə bu, onların avrokuboklara yollanmaq üçün son şanslarıdı. Əgər bu oyunda da məğlub olsalar, komanda üçün ağır itki olacaq. Heç-heçə olacağını düşünürəm.
Simurq – Bakı
“Simurq” doğma divarlar arasında, özü də süni meydanda oynayacaq. Zaqatala klubunun üzvləri bu meydanda oynamağa artıq alışıblar. “Bakı”nın futbolçuları isə yox. Paytaxt klubunun Premyer Liqa ilə bağlı demək olar ki, xüsusi hədəfi yoxdu. Onlar bütün fikirlərini kuboka yönəldiblər. Bu oyunda da üstünlük “Simurq”da olacaq. Meydan sahiblərinin qələbə qazanmaq şansı daha yüksəkdi.
İnter – Neftçi
Bu, həm birinci yer, həm də imic uğrunda mübarizədi. “Neftçi” çətin ki, “İnter”i özündən irəli buraxmaq istəsin. Fikrimcə, heç-heçə olsa, bu, ilk altılıqdakı mübarizəni daha da qızışdırar. Amma tərəflərdən hansısa qələbə qazansa, gözlənilən intriqa olmayacaq. Bu oyunda üstünlüyü “Neftçi”yə verirəm.
Bu, həm birinci yer, həm də imic uğrunda mübarizədi. “Neftçi” çətin ki, “İnter”i özündən irəli buraxmaq istəsin. Fikrimcə, heç-heçə olsa, bu, ilk altılıqdakı mübarizəni daha da qızışdırar. Amma tərəflərdən hansısa qələbə qazansa, gözlənilən intriqa olmayacaq. Bu oyunda üstünlüyü “Neftçi”yə verirəm.
Sumqayıt – Kəpəz
Hesab edirəm ki, hazırda “Sumqayıt” psixoloji cəhətdən daha sakit durumdadı. Çünki onların elitanı tərk etmək ehtimalı azdı. “Kəpəz” isə demək olar ki, aqibəti ilə barışıb. “Sumqayıt” qalib gələcək.
Rəvan – Turan
Tovuzlular üst pillələrə çıxmaq üçün mübarizə aparırlar. Elə “Rəvan” da təhlükəli zonadan uzaqlaşmaq arzusundadı. Bu oyunda paytaxt klubunun qələbə qazanacağını düşünürəm.
Xəzər Lənkəran – AZAL
Bu, Con Toşakın “Xəzər Lənkəran”ın sükanı arxasındakı ilk oyunudu. Arenada anşlaq olacaq. Çünki lənkəranlı azarkeşlər yeni baş məşqçini görmək istəyirlər. Bu mövsümdə Lənkəranda qələbə qazanmış (2:1) AZAL yəqin ki, bu uğurunu təkrarlamağa çalışacaq. Amma cənub təmsilçisində də yeni baş məşqçi amili ilə əlaqədar məsuliyyət ən üst həddə olacaq. Ona görə bu komandanın oyuna daha yaxşı motivasiya olması istisna deyil. Baxmayaraq ki, heyətlər yenə olduğu kimi qalmaqdadı. Ona görə məncə, bu qarşılaşmada heç-heçə qeydə alınacaq.a
