30 mart 2013 11:56
Kəpəz Sumqayıtla oyuna ciddi itkilərlə çıxacaq
"Sumqayıt"a qarşı oyunda "Kəpəz" bir neçə əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Azerisport.az xəbər verir ki, bu barədə Gəncə klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandanın kapitanı Xəyal Zeynalov cəzalıdı. Digər futbolçulardan Cəmşid Məhərrəmov və Pirkuli Saparovun da zədəsi var. Onlar çox güman ki, Gənclik şəhərinin təmsilçisi ilə görüşdə oynamayacaqlar.
