30 mart 2013 12:10
Mahmud Qurbanov: Meydana qələbə üçün çıxacağıq
Bu gün "Sumqayıt"la qarşılaşacaq “Kəpəz” oyun öncəsi keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, məşq prosesindən sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov matçla bağlı fikirlərini açıqlayıb:
"Bu oyun da asan olmayacaq. Çünki çempionatda bütün qarşılaşmalar ağır keçir. Xüsusən də bizim üçün hər oyun çətin alınır. "Sumqayıt"la görüşə yaxşı hazırlaşmışıq. Meydana qələbə üçün çıxacağıq. Ən azından bir xala ümid edirəm. Heyətimizdə zədəli futbolçular var. Rəqib haqda onu deyə bilərəm ki, yaxşı oyunçuları var. Ön xəttdə daha yaxşı oyun sərgiləyirlər".
