30 mart 2013 23:35

Azərbaycan Slovakiyanı da məğlub edib, AÇ-yə lider kimi vəsiqə qazandı (YENİLƏNİB)

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası bu gün qrupdakı son oyununu keçirib. Azerisport.az xəbər verir ki, Slovakiyanın Bratislava şəhərindəki "Interhala Pasienky" kompleksində keçirilən qarşılaşmada millimizin rəqibi meydan sahibləri olub.
 
Qeyd edək ki, bu, 2-ci qrupun liderliyini müəyyələşdərəcək qarşılaşma idi. Bu oyun öncəsi 6 xala malik Azərbaycan millisinin AÇ-nin final mərhələsinə qrup lideri kimi vəsiqə qazanması üçün heç-heçə də kifayət idi. Lakin 4 xalı olan Slovakiya yalnız yığmamıza qalib gələcəyi halda ilk yeri tuta bilərdi. Görüşdə hesabı məhz meydan sahibləri açıblar. Amma yığmamız son dəqiqələrdə iki qol vuraraq, əzmkar qələbə qazanıb və AÇ-yə qrup lideri kimi vəsiqə qazanıb.
 
Qrupun digər oyununda isə Bosniya və Herseqovina Norveçlə qarşılaşıb. Bosniyalılar 4 cavabsız qolla qələbə qazanıblar. Nəticədə, qrup ikinciliyi məhz bosniyalılara qismət olub.
 
Xatırladaq ki, millimiz əsas seçmə mərhələnin ilk oyununda Norveç yığmasını 6:0 hesabı ilə məğlub etmişdi. Bosniya və Herseqovinaya isə 3:2 hesabıyla qalib gəlmişdi. Slovakiyaya gəlincə, bu komanda Bosniya və Herseqovina ilə 4:4 hesablı heç-heçə etdikdən sonra, Norveçi 4:3 yenmişdi.
 
AÇ-nin əsas seçmə mərhələsi
2-ci qrup
30 mart
 
Norveç - Bosniya və Herseqovina - 0:4
 
Azərbaycan – Slovakiya - 2:1 (0:1)
Qollar: Bahna, 12 (0:1), Biro Jade, 39 (1:1), N.Məmmədkərimov, 39 (2:1).
 
Azərbaycan millisi AÇ-də bu heyətlə mübarizə aparır: Buranello Laercio Giovani, Elnur Zamanov, İlkin Hacıyev, Dos Santos Felipe Ribeyro, Eduardo Mello Borges, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Dos Santos Nilson Mashado, Namiq Məmmədkərimov, De Souza Edigleuson Alves, Vitali Borisov, Fərid Ələkbərov, Elnur Qəmbərov, Jadder Dantas.
 
Azərbaycan
3
3
0
0
11-3
9
Bosniya-Hers.
3
1
1
1
10-7
4
Slovakiya
3
1
1
1
9-9
4
Norveç
3
0
0
3
3-14
0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.