31 mart 2013 00:17
İnamlı addımlarla növbəti çempionluğa doğru
Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 17 günlük fasilə başa çatdı. Azerisport.az xəbər verir ki, elita təmsilçiləri martın 13-dən sonra ilk dəfə meydana çıxdılar. 24-cü turun bütün oyunları eyni gündə keçirildi.
“Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul etdi. Ağdam klubu kubokun 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdığı Qəbələ təmsilçisindən yenə üstün oldu. Oyunun taleyini bir qol həll etdi. 39-cu dəqiqədə Aleksandr Çertoqanov təhlükəli nöqtədə qaydanı pozdu. “Qarabağ”ın cərimə zərbəsini yerinə yetirən komandanın bombardiri Riçard topu doqquzluğa ünvanlamaqla komandasına çox vacib 3 xal qazandırdı.
“Sumqayıt” – “Kəpəz” oyununda da bir qol qeydə alındı. Matçın 67-ci dəqiqəsində Gəncə klubunun qapısına penalti təyin olundu və topa yaxınlaşan Murat Doymuşun zərbəsi dəqiq oldu. Bununla da xal hesabını 28-ə yüksəldən “gənclik şəhəri”nin təmsilçisi Premyer Liqada qalmaq yolunda önəmli addım atdı.
“Dalğa Arena”da keçirilən oyunda isə azsaylı azarkeşlər qol şousuna şahidlik etdilər. 8 qolun vurulduğu oyunda gah ev sahibi, gah da qonaq komanda hesabda önə keçdi. Lakin sonda “Rəvan” qələbə qazandı. Hesabı 9-cu dəqiqədə qonaqlardan Mindauqas Kalonas açdı. Bundan sonra irəli atılan “Turan” 29-cu dəqiqədə Azər Məmmədovun, 5 dəqiqə sonra Fərmayıl Əliyevin vurduğu qollarla vəziyyəti xeyrinə dəyişdi. İkinci yarıda özünə gələn “Rəvan” 14 dəqiqə ərzində 5 qol vurdu. 60-cı dəqiqədə Kalonas bərabərliyi təmin etdi. Cəmi bir dəqiqə sonra Xuan Manuel Varea bakılıları hesabda önə keçirdi. 68-72-ci dəqiqələrdə daha iki qol vuran Varea fərqi 3 topa çatdırdı. O, üçüncü qoluna penaltidən imza atdı. Matçda son nöqtəni isə 73-cü dəqiqədə Miloş Adamoviç qoydu – 6:2.
Çempionluğa əsas namizədlər – “İnter” və “Neftçi” “Şəfa” stadionunda qarşılaşdı. 31-ci dəqiqədə “Neftçi” cərimə zərbəsi qazandı və Julius Vobay dəqiq zərbə ilə komandasına qələbə qazandıran qola imza atdı. Matçın 74-cü dəqiqəsində sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə ikinci sarı vərəqəni alan Rəşad Sadıqov “Neftçi”ni azlıqda qoysa da, “İnter” matçı xilas etməyi bacarmadı. Bununla da turnir cədvəlinin 1-2-ci pillələri arasında 4 xallıq fərq yarandı.
Daha bir oyun Zaqatalada keçirildi. Burda “Simurq” “Bakı” ilə qarşılaşdı. Bu oyunda da azarkeşlər bir qol izlədilər. Marius Pena 77-ci dəqiqədə fərqlənərək, “Bakı”ya 3 xal qazandırdı.
Tura Lənkəran şəhər stadionunda yekun vuruldu. “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak debüt oyununu AZAL-a qarşı keçirdi. Hesabı 23-cü dəqiqədə Oskar Klava açdı. 11 dəqiqə sonra isə Alvaro Silva bərabərliyi təmin etdi. Qalan dəqiqələrdə qol olmayınca, görüş sülhlə başa çatdı. Halbuki, Zohair Benuahi penalti zərbəsindən dəqiq yararlansaydı, AZAL Lənkəranda cari mövsümdə ikinci qələbəsini rəsmiləşdirə bilərdi. Eyni zamanda 72-ci dəqiqədə Aylton qırmızı vərəqə alaraq AZAL-ı azlıqda qoysa da, meydan sahibləri də qələbə qolunu vura bilmədilər. Beləliklə, britaniyalı mütəxəssis Azərbaycan çempionatında debütünü 1 xalla qeyd etdi – 1:1.
Topaz Premyer Liqası
24-cü tur
SİMURQ – BAKI - 0:1 (0:0)
Qol: M.Pena, 77 (0:1).
Sarı vərəqə: Qərib İbrahimov, 26 (9,15 məsafəsinə riayət etmədiyinə görə); Dilaver Zrnanoviç, 60 (qeyri-idman hərəkəti); Mario Bojiç, 84 (qeyri-idman hərəkəti) - Aqil Nəbiyev, 30 (qeyri-idman hərəkəti); Xavier Junior, 84 (qeyri-idman hərəkəti); Risto Ristoviç, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
30 mart 2013. Zaqatala. Şəhər stadionu. 1500 tamaşaçı.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov (7. Ruslan Poladov, 82), 4. Dilaver Zrnanoviç, 6. Anderson Oliveyra, 8. Qərib İbrahimov, 9. Marçin Burhard (15. Stepan Polyak, 63), 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 21. Murad Səttarlı, 25. Mario Bojiç, 28. Nenad Kiso (12. Tomislav Buşiç, 89).
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 3. Rasim Ramaldanov, 19. Nicat Qurbanov.
Baş məşqçi: Georgi Çixradze.
Bakı: 82. Edin Nuredinoski, 14. Elvin Əliyev, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 11. Elvin Məmmədov (k) (27. George Popxadze, 85), 6. İbrahim Karqbo, 8. Junior Vilson, 77. Aleksandar Soliç (3. Denis İvanov, 87), 99. Rəhman Hacıyev (22. Risto Ristoviç, 60), 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 2. Edemir Rodriqes, 28. Ferdi Elmas, 19. Nurlan Novruzov.
Baş məşqçi: Bojidar Bandoviç.
QARABAĞ – QƏBƏLƏ - 1:0 (1:0)
Qol: R.Almeyda, 39 (1:0).
Sarı vərəqələr: Rəşad Abdullayev, 49 (qeyri-idman hərəkəti); Luka Zinko, 67 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
30 mart 2013. Bakı. T.Bəhramov adına Respublika stadionu. Azarkeşsiz.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem (22. Əfran İsmayılov, 65), 14. Rəşad Sadıqov (k), 15. Emeka Opara, 20. Riçard Almeyda (7. Namiq Yusifov, 83), 21. Reynaldo Silva, 24. Admir Teli, 25. Ansi Aqolli, 88. Kristian Torres (6. Hacı Əhmədov, 86).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 16. Elnur Abdulov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 30. Anar Nəzirov, 4. Amit Quluzadə (34. Ürfan Abbasov, 69), 5. Luka Zinko, 6. Nikola Valentiç, 8. Kristian Pulhak (16. İfeanyi Emeqara, 76), 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan (22. Rodriges Assis, 46), 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 3. Vurğun Hüseynov, 15. Omar Kalaban, 21. Elmar Baxşıyev.
Baş məşqçi: Ramiz Məmmədov.
İNTER – NEFTÇİ - 0:1 (0:1)
Qol: J.Vobay, 31 (0:1)
Sarı vərəqə: Brüs Abdulay, 40 (qeyri-idman hərəkəti); Leandro Roşa, 45 (hakimə etiraz); Slavço Georgiyevski, 60 (hakimə etiraz); Georgi Lomaya, 67 (hakimə etiraz) - Rəşad Sadiqov, 16 (qeyri-idman hərəkəti); 74 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Qırmızı vərəqə: Rəşad Sadiqov, 74 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Hakimlər: Anar Salmanov, Mübariz Həşimov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Gülağa Cabarov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
30 mart 2013. Bakı. “Şəfa” stadionu. 1500 tamaşaçı.
İnter: 1. Georgi Lomaya (k), 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov (21. Arif Daşdəmirov, 70), 11. Asif Məmmədov, 18. İliya Kandelaki (30. Yuri Fomenko, 78), 20. Brüs Abdulay, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 91. Leandro Roşa (9. Daniel Genov, 46).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 14. Petar Zlatinov, 47. Abdulla Abatsiyev, 87. İlqar Ələkbərov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay (4. Tərlan Quliyev, 79), 11. Nikolas Kanales, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (28. Emin Mehdiyev, 71), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Xose Luis Kabion, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 20. Eşqin Quliyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
SUMQAYIT – KƏPƏZ - 1:0 (0:0)
Qol: M.Doymuş, 67-pen (1:0)
Sarı vərəqələr: Sabir Allahquliyev, 53 (simulyasiya); Eldar Cankişiyev, 59 (qeyri-idman hərəkəti); Mirzəağa Hüseynpur, 90+2 (bilərəkdən əl ilə oyun) - Elvin Həsənəliyev, 59 (qeyri-idman hərəkəti); Məhərrəm Hüseynov, 66 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Coşqun Həsənov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.
30 mart 2013. Bakı. “Bayıl Arena”. 100 tamaşaçı.
Sumqayıt: 1. Səlahət Ağayev, 4. Samir Abasov (k), 8. Aqşin Muxtaroğlu (25. Eldar Cankişiyev, 36 / 6. Taner Taktak, 75), 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzəağa Hüseynpur, 91. Ruslan Qurbanov (76. Can Akgün, 90+3), 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 22. Xəyal Mustafayev, 70. Şamil Camaləddinov.
Baş məşqçi: Bernhard Raab.
Kəpəz: 1. Ramil Kərimov, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 11. Fərid Quliyev (5. Mətləb Məmmədov, 71), 15. Şahin Kərimov (k) (9. Alan Sotanov, 61), 18. Nikolay Svejentsev, 23. Ravil Müslümov (30. Vladislav Serebryakov, 55), 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 10. Zaur Əsədov, 27. Vüqar İbrahimov, 14. Elxan Əzizov.
Baş məşqçi: Mahmud Qurbanov.
TURAN – RƏVAN - 2:6 (2:1)
Qollar: M.Kalonas, 9 (0:1), A.Məmmədov, 29 (1:1), F.Əliyev, 34 (2:1), M.Kalonas, 60 (2:2), X.M.Varea, 61 (2:3), X.M.Varea, 68 (2:4), X.M.Varea, 72-pen (2:5), M.Adamoviç, 73 (2:6)
Bakı. “Dalğa Arena”.
Sarı vərəqələr: Budaq Nəsirov, 71 (qeyri-idman hərəkəti); David Janelidze, 81 (qeyri-idman hərəkəti) - Şəhriyar Rəhimov, 39 (qeyri-idman hərəkəti); Ramazan Abbasov, 42 (qeyri-idman hərəkəti); Miloş Adamoviç, 70 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Knyaz Əmiraslanov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
30 mart 2013. Bakı. “Dalğa Arena” stadionu. 155 tamaşaçı.
Turan: 28. Andrey Popoviç, 2. Dmitri Pospelov (21. Elşad Manafov, 46), 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 10. Ender Günlü (k), 13. Nikoloz Maisuradze, 17. Fərmayıl Əliyev (8. Budaq Nəsirov, 64), 19. Asəf Qədiri (23. İrakli Beraya, 46), 20. David Janelidze, 25. Antonio Rukavina, 26. Aleksandr Kurtskeviç.
Ehtiyat oyunçular: 1. Kamal Bayramov, 3. Anatoli Stukalov, 4. Vüqar Bəybalayev, 5. Vasif Rzayev.
Baş məşqçi: Əfqan Talıbov.
Rəvan: 1. Lukaş Sapela, 3. Cəmil Rəhimli (25. Ayaz Mehdiyev, 46), 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas (16. Orxan Lalayev, 79), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (7. Ramil Həşimzadə, 75), 20. Miloş Adamoviç, 22. Tofiq Mikayılov.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 19. Hüseyn Axundov, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
XƏZƏR LƏNKƏRAN – AZAL - 1:1 (1:1)
Qollar: O.Klava, 23 (0:1), A.Silva, 34 (1:1).
İstifadə olunmamış penalti: Zohair Benouahi, 68.
Sarı vərəqələr: Lusiano Olguin, 27 (qeyri-idman hərəkəti); Elnur Allahverdiyev, 43 (qeyri-idman hərəkəti); Alvaro Silva, 58 (qeyri-idman hərəkəti) // Junior Ailton, 20 (qeyri-idman hərəkəti); 72 (qeyri-idman hərəkəti); Taqim Novruzov, 64 (qeyri-idman hərəkəti); Xuan Fransisko, 81 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Junior Ailton, 72 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
30 mart 2013. Lənkəran şəhər mərkəzi stadionu. 5500 tamaşaçı.
Xəzər Lənkəran: 29. Orxan Sadıqlı, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 35. Lusiano Olguin (11. Dmitrios Sialmas, 71), 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç (7. Sadio Tounkara, 46).
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 17. Kazım Kazımlı, 24. Gökhan Güleç.
Baş məşqçi: Coş Toşak.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 4. Junior Ailton, 23. Tural Nərimanov, 15. Oskar Klava, 6. Tagim Novruzov (32. Vladimir Boqdanoviç, 90), 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 79), 20. Branislav Arsenyeviç, 11. Zohair Benuahi (3. Usim Nduka, 75), 28. Con Oluremi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 9. Elşən Məmmədov, 10. Tərlan Xəlilov, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
| 1 | Neftçi | 24 | 15 | 3 | 6 | 49 | 25 | +24 | 48 |
| 2 | İnter | 24 | 12 | 8 | 4 | 26 | 14 | +12 | 44 |
| 3 | Qarabağ | 24 | 11 | 9 | 4 | 31 | 20 | +11 | 42 |
| 4 | Simurq | 24 | 10 | 9 | 5 | 26 | 16 | +10 | 39 |
| 5 | Bakı | 24 | 7 | 13 | 4 | 26 | 16 | +10 | 34 |
| 6 | Qəbələ | 24 | 9 | 5 | 10 | 27 | 30 | –3 | 32 |
| 1 | AZAL | 24 | 8 | 9 | 7 | 36 | 27 | +9 | 33 |
| 2 | XL | 24 | 7 | 8 | 9 | 33 | 29 | +4 | 29 |
| 3 | Rəvan | 24 | 8 | 4 | 12 | 30 | 38 | –8 | 28 |
| 4 | Sumqayıt | 24 | 7 | 7 | 10 | 25 | 39 | –14 | 28 |
| 5 | Turan | 24 | 6 | 5 | 13 | 26 | 45 | –19 | 23 |
| 6 | Kəpəz | 24 | 2 | 4 | 18 | 13 | 49 | –36 | 10 |
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
13 - Franko Nildo (AZAL)
11 - Xuan Manuel Varea (Rəvan)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Riçard Almeyda (Qarabağ).
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).
