31 mart 2013 00:32
Yığmamız iki gün öncə məğlub etdiyi komandaya uduzdu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq tolanışı çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, BƏƏ yığması ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub.
Millimizin heyətində Orxan Məmmədov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında martın 28-də keçirilmiş qarşılaşma 5:3 hesabı ilə millimizin xeyrinə yekunlaşmışdı.
