31 mart 2013 00:44
Azərbaycan Latviya üzərində qələbə qazandı
Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Latviyanın U-16 komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolu Pilağa Mehdiyev vurub.
Xatırladaq ki, bu komandalar arasında martın 28-də keçirilmiş oyun 1:1 hesabı ilə başa çatmışdı.
