30 mart 2013 15:53
Derbini Neftçi qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 24-cü turunun “İnter” – “Neftçi” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Respondentlərin böyük əksəriyyəti bu görüşün “Neftçi”nin qələbəsiylə başa çatacağını proqnozlaşdırırlar. Bu varianta 238 səs (64 səs) verilib.
Heç-heçə olacağına 74 səs (20 faiz) verilibsə, “İnter”in qalib gələcəyini cəmi 16 faiz (60 səs) proqnozlaşdırır.
