1 aprel 2013 00:06
“Vurduğum qol Azərbaycan üzərində qələbə üçün yetərli olmasa da, məyus deyiləm”
Futzal üzrə Slovakiya yığmasının oyunçusu Marek Bahna Avropa Çempionatının əsas seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu (1:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları dilə gətirib:
“Vurduğum qol Azərbaycan üzərində qələbə üçün yetərli olmasa da, məyus deyiləm. Baxmayaraq ki, qol vurmaq üçün daha çox şansımız var idi. Biz azarkeşlərə göstərdik ki, futzal oynaya bilirik. Artıq pley-off oyunlarını gözləmək məcburiyyətindəyik. Rəqiblər haqda danışmaq çox tez olsa da, Hollandiya ilə düşməyimizi istərdim. İnanıram ki, sonda Belçikada keçiriləcək AÇ-2014-ün final mərhələsinə yollanan məhz biz olacağıq”.
