31 mart 2013 11:32
Muarem Muarem: Yəqin ki, orda Azərbaycan çempionatını izləmirlər
“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 24-cü turunun “Qəbələ” ilə oyunundan (1:0) sonra azerisport.az saytına müsahibə verib.
- Oyun barədə nə deyə bilərsiz?
- Bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Çox istəyirdik ki, “Qəbələ”ni məğlub edək. Çoxdan idi bu komandaya qalib gələ bilmirdik. Düzünü deyim ki, şəxsən mən bunu yadıma sala bilmirəm.

- Oyun öncəsi Qurban Qurbanov kadr problemindən gileylənmişdi. Bu, komanda üçün nə dərəcədə ciddi problemdi?
- Belə problemlər adətən məşqçilər korpusunu daha çox narahat edir. Biz futbolçular bu haqda düşünməməyə çalışırıq. Zədəlilər var idi, yığma üzvləri yorğun qayıtmışdılar. Buna baxmayaraq, komandamızın normal oyun sərgilədiyini düşünürəm. Gördüyünüz kimi, yeni futbolçularımız da artıq komandaya uyğunlaşıblar və rotasiya etməyə imkan var.

- Amma hələ də “Qarabağ” özünə məxsus oyunu sərgiləyə bilmir...
- Bu, sizin fikrinizdi. Mən belə düşünmürəm. Bu mərhələdə baxımlı oyun gözləmək də olmaz. Düşünürəm ki, zamanla baxımlı oyun da sərgiləyəcəyik.
- “Neftçi” “İnter”i məğlub etməklə liderliyini bir qədər də möhkəmləndirdi...
- Əlbəttə, bizim üçün bu görüşün heç-heçə bitməsi daha yaxşı olardı. Lakin qarşıda səkkiz tur olduğunu nəzərə alsaq, aradakı fərq o qədər də böyük deyil.
- Özü də qarşıdakı turda sizi “Neftçi” ilə görüş gözləyir...
- Bəli. Hər şey öz əlimizdədi.
- “Qarabağ”ın əksər futbolçuları yığmaya çağırılsa da, siz onların arasında deyilsiz. Niyə?
- Mən Ağdam klubuna yenicə keçdiyim dönəmdə Makedoniya yığmasına dəvət olunurdum. Amma sonralar çağırmadılar. Yəqin ki, orda Azərbaycan çempionatını izləmirlər. Baxmayaraq ki, Azərbaycan çempionatı kifayət qədər güclü turnirdi.

- Bəlkə, yığmanızın digər üzvləri daha güclü çempionatlarda oynadıqlarına görə sizə ehtiyac duyulmur?
- Makedoniya çempionatından götürülən futbolçular da var. Əgər onlara dəvət göndərirlərsə, deməli, məni də çağırmalıdılar. Çünki Azərbaycan Premyer Liqası Makedoniya çempionatından 4-5 dəfə güclüdü. Məni sonuncu dəfə yığmaya “Xəzər Lənkəran”ın indiki baş məşqçisi Con Toşak çağırmışdı.
- İndi Toşakın yenidən Makedoniya millisinə qayıtmasını gözləmək lazımdı?
- (gülür) Düzü, Toşakdan sonra niyə yığmaya çağırılmadığımı bilmirəm. Amma millidə oynamağı çox istəyirəm.
- (gülür) Düzü, Toşakdan sonra niyə yığmaya çağırılmadığımı bilmirəm. Amma millidə oynamağı çox istəyirəm.