1 aprel 2013 00:39
Sergey Yuran Azərbaycana qayıda bilər
“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran yenidən ölkəmizdə işləyə bilər. Azerisport.az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis “Sport Ekspress” qəzetinə müsahibəsində bildirib.
Yuran deyib ki, Azərbaycan və Qazaxıstandan təkliflər var: “İlkin danışıqlar olub. Aprelin sonunadək duruma aydınlıq gələ bilər. Azərbaycan və Qazaxıstan klubları mənimlə maraqlanır. Amma mən hələ Rusiyada işləmək istəyirəm. Bəzi komandalar var. Qısası, Premyer Liqada çalışmağım istisna deyil”.
Qeyd edək ki, Yuran 2011-ci ildə “Simurq”u çalışdırıb. Onun son iş yeri isə Rusiya “Sibir”i olub.
