1 aprel 2013 00:26
Elhad Nəziri yenə də debüt edə bilmədi (YENİLƏNİB)
Rumıniyanın “Petrolul” klubu ölkə çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin komandası 24-cü tur çərçivəsində “CFR Cluj” ilə qarşılaşıb.
Görüş doğma divarlar arasında keçirilirdi. Bu üzdən də “Petrolul” əsas rəqiblərindən birini mütləq məğlub etməyi hədəfləmişdi. Amma qarşılaşma sülhlə bitib.
Nəzirinin də bu görüşdə iştirak etməsi istisna deyildi. Bu, baş tutsaydı, yığmamızın üzvü yeni klubunda debütünü rəsmiləşdirmiş olacaqdı. Lakin onun debütü yenə baş tutmayıb.
Qeyd edək ki, “Petrolul” 24 oyundan sonra topladığı 42 xalla 4-cü pillədə yer alıb.
Rumıniya çempionatı
24-cü tur
31 mart
Petrolul – CFR Cluj - 1:1
