1 aprel 2013 01:19

Cihan Özkaranın baş məşqçisi istefa verdi, amma…

Millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un baş məşqçisi Rza Çalımbay istefa verib. Azerisport.az xəbər verir ki, Super Liqanın 27-ci turu çərçivəsində “Orduspor”u qəbul edən Sivas klubu 3:2 hesablı qələbə qazanıb.
 
Buna baxmayaraq baş məşqçi istefa verib. Səbəb isə azarkeşlər olub. Belə ki, onlar oyunboyu Çalımbayı və futbolçu Hayrettinə hədəflənmiş şüarlar səsləndiriblər.
 
Oyundan sonra açıqlama verən baş məşqçi bunları deyib: “Gedirəm. İstər mən olum, istər Hayrettin olsun, Sivasın övladıyıq. Matç zamanı azarkeş oyunçusunu söyməz, baş məşqçisini istefaya çağırmaz. Oyun bitəndən sonra istədiyini etsin. Bütün bunlar məni məyus etdi, buna görə də getmək fikrinə düşmüşəm. Bura azarkeşlərin dəstəyi ilə gəlmədim, rəhbərlik sahib çıxdı. İndi söz onlarındı. Mən qərarı rəhbərliyin verməsini istəyirəm. Onları heç vaxt yarıyolda buraxmaram”.
 
“Sivasspor”un prezidenti Mecnun Otyakmaz isə matçdan dərhal sonra verdiyi açıqlamada istefa ilə bağlı bunları deyib: “Onun açıqlamasından xəbərim yoxdu. Bir azdan görüşüb, danışarıq. Belə bir şey mümkün deyil. Əminliklə deyirəm də, Rza hoca getsə, biz də gedərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.