31 mart 2013 14:35
“Stamenkoviçə vaxt aparma dedim, amma o, artistlik etməyə başladı”
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqasının 24-cü turunun “Neftçi” ilə oyunundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunun sonlarında sizinlə Saşa Stamenkoviç arasında nə baş verdi?
- Xüsusi heç nə baş vermədi. Mən sadəcə ona dedim ki, vaxt öldürmə. Amma o, bunun əvəzində artistlik etməyə başladı.
- Xüsusi heç nə baş vermədi. Mən sadəcə ona dedim ki, vaxt öldürmə. Amma o, bunun əvəzində artistlik etməyə başladı.
- Bəs oyun haqda nə deyə bilərsiz?
- Burda nə demək olar ki? Pis oynamadıq. Amma cərimə zərbəsindən bir qol buraxdıq. Mən deyərdim ki, bu görüşdə bəxtimiz gətirmədi. Çünki kifayət qədər yaxşı təsir bağışlayırdıq.
- “Neftçi”nin xal fərqini dördə çıxarması sizi narahat etmir?
- Qarşıda hələ səkkiz tur var. Hələ heç nə itirilməyib. Özü də “Neftçi”ylə cavab oyunumuz da qalır. Hər şey qarşıdadı.
- Qarşıda hələ səkkiz tur var. Hələ heç nə itirilməyib. Özü də “Neftçi”ylə cavab oyunumuz da qalır. Hər şey qarşıdadı.
- “Qarabağ” da “Qəbələ”ni məğlub etməklə sizə yaxınlaşdı...
- Biz digər komandaların nəticələrinə baxmırıq. Bizi yalnız öz nəticələrimiz düşündürür. Qarşıdakı oyunlarda daha çox xal toplamağa çalışacağıq.
- Amma hər halda ən yaxın izləyicinizin sizə yaxınlaşması narahatlıq yaratmaya bilməz...
- Əlbəttə, bizdən geridəki komandaların “İnter”ə çatması diqqət mərkəzimizdədi. Amma bir məqam var ki, biz özümüz qələbə qazanandan sonra “Qarabağ”ın xal itirib-itirməməsinin heç bir önəmi qalmır. Ona görə də, bütün görüşlərdə ilk növbədə öz uğurumuz haqda düşünürük.
