1 aprel 2013 02:22
Xəzər Lənkəran rəhbərliyindən təşəkkür (FOTO)
“Xəzər Lənkəran” klubu təkcə Lənkəranda deyil, ətraf rayonlarda da istedadlı futbolçuların aşkarlanıb yetişdirilməsi üçün səylərini əsirgəmir. Azerisport.az xəbər verir ki, bu mənada hazırda cənub bölgəsinin bütün rayonlarından klubun aşağı yaş qruplarında uşaqlar və yeniyetmələr futbolun sirlərinə yiyələnirlər.
Bundan əlavə klub Astara, Masallı, Cəlilabad rayonlarında əlavə olaraq qruplar yaradaraq yerlərdə mütəmadi məşqlərə cəlb olunan futbolçular üçün ayrıca məşqçilər təyin edib.
Son vaxtlarda Astara Olimpiya Kompleksi rəhbərliyinin bu rayonda hazırlıq keçən qruplara göstərdiyi diqqət və qayğı klub tərəfindən razılıqla qarşılanıb. “Xəzər Lənkəran” - AZAL matçının fasiləsində klubun vitse-prezidenti Tuyqun Nadirov Astara Olimpiya Kompleksinin direktoru Famil Səlimovla görüşərək ona qarşılıqlı əməkdaşlığa görə minnətdarlığını bildirib, ona klubun atributları olan hədiyyəsini təqdim edib.
