31 mart 2013 15:10
“Azərbaycanla oyunda hətta heç-heçə də bizim üçün məğlubiyyətə bərabər idi”
Futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Yan Yanik Avropa Çempionatının əsas seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu (1:2) şərh edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları dilə gətirib:
“Biz əla futzal izlədik. Qələbəyə çox yaxın idik. Oyuna çox yaxşı hazırlaşmışdıq. Matça köklənmə o səviyyədə idi ki, hətta heç-heçə də bizim üçün məğlubiyyətə bərabər idi. Məğlub olsaq da, ruhdan düşməməliyik. Öz üzərimizdə daha çox işləməliyik ki, güclü komandalara qalib gələ bilək”.