1 aprel 2013 17:55

Rəvanın hücumçusu milli çempionatımızın tarixinə düşdü

"Rəvan” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan”ı darmadağın etdi. Azerisport.az xəbər verir ki, komanda "Dalğa Arena”da keçirilən oyunda ilk hissədən sonra hesabda 1:2 geri olsa da, fasilədən sonra fantastik çıxış edib rəqibə divan tutdu.
 
11 dəqiqəyə rekord
 
Bu qələbədə Xuan Manuel Vareanın da müstəsna rolu oldu. Argentinalı qoleador 61-72-ci dəqiqələr arasında 3 dəfə fərqlənməklə komandasının hesabda önə keçməsinə və üstünlüyünü artırmasına birbaşa səbəbkar oldu. Varea het-triki cəmi 11 dəqiqəyə reallaşdırmaqla Azərbaycan çempionatları tarixində rekorda imza atmış oldu. Hələ heç kim (ilk) 3 qolu(nu) belə tez müddətə vura bilməmişdi.
 
"Rəvan”da ilk…
 
Cari mövsümün ikinci het-trikinin müəllifi olan Xuan həm də "Rəvan”ın tarixinə düşmüş oldu. Belə ki, qollarının sayını 11-ə çatdırmaqla bu göstəricidə 2 rəqəmli nəticəyə çatan ilk "aslan” olan Varea həm də komandasının elitada 1 oyuna 3 qol vurmuş ilk futbolçusu kimi adını tarixə yazdırdı. Milli çempionatlarımız tarixində het-trik edən 23-cü futbolçu olan Varea legionerlərin 30-cu het-trikinin də müəllifi oldu. Ən əsası isə o, çempionatımızda 1 oyuna 3 qol vurmağı bacarmış ilk argentinalı futbolçu kimi də adını tarixə yazdırdı. Xüsusi olaraq qeyd edək ki, "Rəvan”ın əsas bombardiri bütün çempionat oyunlarını əvəzlənmədən keçirib və o, bu baxımdan da hamıdan seçilir.
 
…cari mövsüm ikinci het-trik
 
Qeyd edək ki, bu cari mövsüm qeydə alınan ikinci het-trikdi. Daha öncə dekabrın 3-də 15-ci tur çərçivəsində keçirilən "Turan” – "Kəpəz” oyununda (5:1) Tovuz təmsilçisinin malili hücumçusu Salif Ballo 3 qol vurmuşdu. O da maraqlıdır ki, çempionatın geridə qalan bölümündə artıq 3 poker reallaşıb: Nildo (Azal), Nikolas Kanales (Neftçi) və Pərdis Fərcad Azad (Sumqayıt) rəqib qapısına 1 oyunda 4 dəfə yol tapıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.