1 aprel 2013 18:25
6:2 hesablı darmadağının özəllikləri
Topaz Premyer Liqasının son turunda "Rəvan” “Turan”la üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, paytaxt klubunun böyükhesablı qələbə (6:2) qazandığı matç bir sıra özəllikləri ilə yadda qaldı.
* "Rəvan” Premyer Liqada keçirdiyi ikinci mövsümdə 69-cu qolunu vurub qazandığı xalların sayını 69-a çatdırdı. Maraqlıdır ki, bu balans ev və səfər oyunlarında da qorunur. Doğma divarlar arasındakı matçlarda göstərici müvafiq olaraq 36 qol və 36 xala bərabərdisə, səfər görüşlərində bu rəqəm 33-ə bərabərdir.
* Bu qələbə ilə “Rəvan” Premyer Liqa tarixindəki ən böyükhesablı zəfərini bir qədər də yenilədi. Belə ki, ötən mövsümün 30-cu turu çərçivəsində aprelin 28-də "Kəpəz”ə 5:1 hesabı ilə qalib gələn “aslanlar” bu dəfə 4 topluq fərqə 6 qol vuraraq nail oldu. Amma bir məqamı da vurğulayaq ki, komanda I divizionda iştirak edərkən 2010/11 mövsümünün 12-ci turunda, 27 noyabr 2010-cu ildə səfərdə "Energetik”i daha böyükhesabla üstələmişdi – 8:0.
* 6:2 hesabı elitada "Rəvan”ın iştirakı ilə keçirilən ən məhsuldar oyun oldu. 8 matçlıq görüş cari mövsüm bu göstəricidə 2-3-cü yerləri bolüşür. Çünki ötən il sentyabrın 16-da 5-ci turun AZAL – "Qarabağ” oyununda da eyni hesab (6:2) qeydə alınmışdı. 13-cü tur çərçivəsində 17 noyabr 2012-ci ildə keçirilən "Neftçi” – "Sumqayıt” oyunu (8:1) isə hələ ki bu nbaxımdan ən məhsuldarıdır.
* "Rəvan” ötən il olduğu kimi, bu dəfə də ikinci "altılığ”a ardıcıl 2 qələbə ilə başladı. 2012-ci ildə səfərdə "Sumqayıt” (1:0), evdə AZAL (2:0) məğlub edilmişdisə, bu dəfə "Turan”dan öncə "Xəzər Lənkəran”a (1:0) yenilgi acısı yaşatdıq.
* İndiyə qədər Premyer Liqada bir hissəyə heç vaxt 5 qol vura bilməyən "Rəvan” qış fasiləsindən sonra keçirdiyi 6 oyuna 14 qol vurub, 4 qələbə qazanıb.
* Qış fasiləsindən sonra vurulan 14 qoldan 10-u Xuan Manuel Varea ilə Mindauqas Kalonasın payına düşür. Hər iki futbolçu 5 dəfə fərqlənib ki, bu göstəricidə onlara yalnız "Neftçi”nin çilili hüçumçusu Nikolas Kanales şərikdir.
* "Turan”la oyunda start heyətində yer alan Cəmil Rəhimli Premyer Liqada "Rəvan” forması geyinmiş 51-ci futbolçu oldu. (klub saytı)
