1 aprel 2013 19:54
Marius Pena: Şansımız az olsa da, hər oyuna 3 xal üçün çıxırıq
“Bakı”nın forvardı Marius Pena Topaz Premyer Liqasının 24-cü turunun “Simurq”la oyununda qazandıqları qələbəni (1:0) şərh edib. Azerisport.az saytına müsahibəsində rumıniyalı futbolçu bunları dilə gətirib:
“Biz hər oyuna qələbə üçün çıxırıq. Altılıq ərəfəsində danışırdılar ki, bizim heç nəyə şansımız yoxdu. Amma biz yenə də hər oyuna üç xal üçün çıxırıq. “Simurq” bizə qarşı yaxşı oynadı. Lakin onlar ələ düşən çoxsaylı qol şanslarından yararlana bilmədilər. Biz isə bunu bacardıq. Qələbə qazanmaq bizim üçün çox vacib idi. Buna hansı hesabla nail olmağımızın isə önəmi yox idi. Əsas odu ki, üç xal qazandıq”.