1 aprel 2013 11:23
Böyükağa Hacıyev: Berti Foqtsun proqramı varsa, versin, biz də onunla işləyək
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- “Neftçi” “İnter”i yenə məğlub etdi. Yəni bu komandanı o qədər yaxşı öyrənə bilmisiz?
- “İnter” üzərində qələbəyə sevinməmək olmaz. Bilirsiz ki, bu komanda ölkənin ən güclülərindən biridi. Formalaşmış heyətləri var. Komanda sabit oyun sərgiləyir. Biz hər zaman rəqiblərimizə hörmətlə yanaşırıq. Amma öz oyunumuzu sərgiləyirik. Qələbəyə baxmayaraq, komandam tam istədiyimiz oyunu göstərə bilmədi. Lakin bu oyun öncəsi 13 futbolçumuzun yığma komandalara çağırıldığını unutmamaq lazımdı.

- “İnter”lə görüşlərdəki uğurlarınızın sirri nədədi?
- Biz fərdi cəhətdən daha yaxşı futbol sərgiləyirik. Məsələn, “İnter” Roşa ilə müqavilə bağladı və onu bizimlə oyunda meydana buraxdı. Amma Leandro onlar üçün Flavinyo ola bilməyəcək. Bizdə Vobay, Ramos özünü çox yaxşı tərəfdən göstərdi.

- Qarşıda sizi daha bir çətin rəqiblə - “Qarabağ”la oyun gözləyir...
- Çətin oyun olacaq. Rəqibin əla futbolçuları var. Elə indi onların “Qəbələ” ilə oyununa baxıram. Mənə elə gəlir ki, biz bu komandaya qalib gələ bilərik. “Qarabağ”ın Rəşad Sadıqov kimi lideri var. “Neftçi” bu mövsüm iki dəfə “Qarabağ”a məğlub olub. Deməli, mənim onlara “borcum” var. Səhvlərimizi aradan qaldırmaq zamanıdı.
- Araz Abdullayevin başına gələn hadisə barədə nə deyə bilərsiz?
- Bu hadisə hər kəsin başına gələ bilər. Araz bıçaqla adam öldürməyib. Əlbəttə, bu hadisəyə görə məsuliyyət daşıyır. Biz hamımız bu olaya görə şokdayıq. Xüsusilə də klub prezidenti Sadıq Sadıqov. Elə onunla birgə belə bir qərar qəbul etdik ki, istintaq başa çatmayana qədər, Araz meydana çıxmasın.

- Siz Arazla danışmısız?
- Yaxın günlərdə onunla görüşəcəm. Onun özünü necə hiss etdiyini bilmək istəyirəm. Belə hadisələr insana çox pis təsir edir. Amma biz ona kömək etməyə çalışacağıq.
- Yaxın günlərdə onunla görüşəcəm. Onun özünü necə hiss etdiyini bilmək istəyirəm. Belə hadisələr insana çox pis təsir edir. Amma biz ona kömək etməyə çalışacağıq.
- Yığmamızın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində yenə qeyd edib ki, futbolçular klublarında lazımı qaydada hazırlanmır...
- “İnter” – “Neftçi” matçı öncəsi mən stadionda gənclərdən ibarət yığmamızın baş məşqçisi Bernard Lipperti gördüm. O, U-21-ə çağırılan futbolçuların hazırlıq səviyyəsinə görə mənə təşəkkürünü bildirdi. Təkcə fiziki yox, psixoloji baxımdan da. Bunu eşitmək mənim üçün çox xoş oldu. Çünki bütün klublar yığmamız üçün çalışır. Amma Foqts niyə əksini deyir, bilmirəm. İstənilən halda belə düşünürəm ki, o, bizim problemləri öz mətbuatına danışmaqla düz etmir. Foqts Azərbaycan futboluna Hans Yurgen Gede kimi məşqçi gətirmişdi. Onun etdiklərini hələ də tam aradan qaldıra bilməmişik. Bu məşqçi sadəcə “Neftçi”nin ənənələrini məhv edib. Əgər Foqts narazıdırsa, qoy öz proqramını təqdim etsin, biz də onunla işləyək.