1 aprel 2013 11:36
Qəbələ Bursaspora məğlub olub, Kosovaya qalib gəldi
"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində - IV Vodafone Beynəlxalq Turnirində bu gün iki oyun keçirib. Azerisport.az xəbər verir ki, ilk matçda təmsilçimiz Türkiyənin köklü klublarından "Bursaspor"lu həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşmada daha yaxşı təsir bağışlayan qardaş ölkə təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.
Günün ikinci görüşündə "qırmızı-qaralar" “Kosova SDC – İFA” ilə qarşılaşıb. Qrupun ikinci matçında üstün oyun nümayiş etdirən "Qəbələ" rəqibini 5:0 hesabı ilə məğlub edib.
Komandamıza qələbə qazandıran qollara Məhəmməd Abbaslı (2), Samir Atakişiyev (2), Təbriz İsazadə imza atıb.
Qrup mərhələsinin son oyununda təmsilçimiz aprelin 1-də "Kızılcahamamspor"la üz-üzə gələcək.
