2 aprel 2013 00:56
AFFA-nın əməkdaşı beynəlxalq konfransda Azərbaycan futbolundan danışdı
Moskva şəhərində Rusiyada qadın futbolunun 25 illki yubeliyinə həsr olunmuş beynəlxalq konfrans və təntənəli mərasim keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx, FIFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın qadın futbolu komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Karen Espelund, həmçinin Almaniya, İngiltərə və Azərbaycandan dəvət olunmuş qonaqlar iştirak edib.
AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova çıxış edərək ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
