1 aprel 2013 12:41
Xəzər Lənkəranda kadr dəyişikliyi
“Xəzər Lənkəran”ın administrativ heyətində kadr dəyişikliyi baş verib. Azerisport.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edib.
Bundan sonra onu bu vəzifədə Hüseyn Cəbrayıloğlu əvəzləyəcək.
Hüseyn Cəbrayıloğlu Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanışdı. O, illərdi ki, ölkəmizin ən nüfuzlu idman nəşrlərindən olan "Futbol +" qəzetinin Lənkəran üzrə bölgə müxbiri idi.
