1 aprel 2013 14:26
Super Liqada növbəti baş məşqçi istefası
Futbol üzrə Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Orduspor” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Martın 30-da “Sivasspor”a məğlubiyyətdən sonra tanınmış argentinalı mütəxəssis Hektor Kuper “Orduspor”dan getdiyini bəyan edib. Rəhbərlik bu istefanı qəbul edib.
Artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib. Belə ki, klub rəhbərliyi Ünal Kahramanla bir il yarımlıq müqavilə imzalamaqla bağlı razılığa gəlib.
