1 aprel 2013 14:42
Qarabağın uğursuz seriyasına son qoyuldu
“Qarabağ” qara seriyasına son qoyub. Azerisport.az xəbər verir ki, Ağdam klubu 2 ildən sonra “Qəbələ”yə qalib gəlib.
“Qarabağ” sonuncu dəfə 2011-ci ilin 13 fevralında Premyer Liqanın 20-ci turunda Suraxanı qəsəbə stadionunda baş tutan görüşdə “Qəbələ”ni 3:0 hesabı ilə yenmişdi. Qurban Qurbanovun yetirmələri 10 oyun sonra nəhayət qələbə qazanaraq, bu uğursuz seriyaya son qoyub.
