1 aprel 2013 14:58
Rüfət Dadaşov yenə oynamadı, komandası lider oldu
Almaniyanın “Kaiserslautern” klubunun ikinci komandası Regional Lliqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Cənub-Qərb zonasında yarışan komanda “Eschborn”un qonağı olub.
Oyun “Kaiserslautern”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə əsas millimizin hücumçusu Rüfət Dadaşov oynamayıb. Ancaq martın 15-16-da Bakıda, 17-dən 28-dək isə Avstriyada U-21-in toplanışında iştirak edən Timur Təməltaş meydanda olub. O, 81-ci dəqiqədə ilk qolun müəllifi olan hücumçu Yan-Lukas Dorovu əvəzləyib.
Bu qələbə “Kaizerslautern”in turnir cədvəlinin lideri olmasına səbəb olub.
