1 aprel 2013 15:15
“Baş məşqçinin bu seçimini şərh etmək istəmirəm”
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Vitali Borisovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığmasının AÇ-2014-ün seçmə mərhələsinə çıxması ilə bağlı nə deyə bilərsiz?
- Əgər üçüncü dəfə ardıcıl Avropa çempionatının final mərhələsinə vəsiqə qazanırıqsa, deməli, bizdə hər şey yaxşıdı (gülür). Çalışacağıq ki, bu dəfəki qitə birinciliyində uğurlu çıxış edək.

- Slovakiya ilə həlledici oyunun 38-ci dəqiqəsinə qədər məğlub durumda idiniz. Amma son saniyələrdə gələn iki qol komandamızı AÇ-yə daşıdı...
- Biz bu oyunda çoxlu qol şanslarından yararlana bilmədik. Hətta Slovakiya yığmasının bir oyunçusu qırmızı vərəqə alıb qovulanda, həmin iki dəqiqə ərzində 5 oyunçu ilə 3 nəfərə qarşı mübarizə aparmaq şansı qazanmışdıq. Amma yenə də qol vura bilmədik. Son dəqiqələrdə isə bərabər heyətlə nəhayət ki, istəyimizə çata bildik.
- Bosniya-Herseqovina və Slovakiya ilə oyunlarda komandamız rəqib qapılarına 100-dən çox zərb endirdi, amma cəmi beş qol vurdu. Yəni rəqiblərimizin bu qədər güclü qapıçıları var? Yoxsa biz dəqiq zərbə vura bilmirik?
- Təbii ki, həmin oyunlarda qapıçılar özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Onlar bir neçə dəfə komandalarını hətta 100 faizlik qoldan xilas etdilər. Ona görə də bu qədər qol epizodlarını dəyərləndirə bilməməyimizdə daha çox qapıçıların xidmətinin olduğunu düşünürəm.

- Bu tsikli yığmamız üçün ən asan saymaq olar?
- Nəticə baxımından elə görünə bilər. Amma oyunların hamısı çətin alındı. Bərabər səviyyəli komandaların yer aldığı bir qrup idi. Norveç istisna olmaqla, bütün komandalar qrupdan çıxa bilərdi. Nəticədə biz final mərhələsinə birbaşa vəsiqə qazandıq. Bosniyalılarla slovakiyalıları isə pley-off oyunları gözləyir.

- Niyə bütün oyunlarda start beşliyi ancaq braziliyalılardan qurulmuşdu?
- Bizdə əvvəllər də belə olmuşdu. Baş məşqçinin bu seçimini şərh etmək istəmirəm. Onu da nəzərə almaq lazımdı ki, Rizvanla Rəcəb cəzalı idi və ilk turda iştirak edə bilmədi. Həmçinin braziliyalıların bir-birini yaxşı başa düşdüyünü də qeyd etmək lazımdı. İlk oyunda Norveçi 6:0 hesabıyla məğlub etməyimizi nəzərə alsaq, baş məşqçinin qalib heyəti dəyişdirməməsi normaldı.

- Bu, yerli oyunçuları narahat etmir?
- Bunda qorxulu heç nə yoxdu. Onsuz əsas heyətdə yer almasaq da, biz də meydana çıxmaq şansı qazanırıq. Əsas odu ki, komandamız nəticə qazansın.

- Bu komandadan Avropa Çempionatında nə gözləmək olar?
- Baxaq, görək qrupda kimlərlə düşəcəyik. Bu heyəti qoruyub saxlamaq və zədələrdən qaçmaq çox vacibdi.

- 2012-ci ildə Xorvatiyada qeydə alınan uğursuzluq yenə təkrarlanmayacaq?
- Ümid edirəm ki, bu, təkrarlanmayacaq. Qarşıda hələ 10 ay var. Hazırlaşmaq üçün kifayət qədər vaxtımız var.