1 aprel 2013 15:30
AFFA-da yığmamızın üzvləri ilə görüş keçirildi (FOTO)
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, baş katib Avstriyada təşkil olunmuş turnirdə birinci yeri tutmuş yığmamızı təbrik edib, qarşıdakı oyunlarda komandamıza uğurlar arzulayıb.
O, qeyd edib ki, belə oyunlarda qazanılan hər qələbə gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün əlavə stimuldu.
Məmmədov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara yüksək səviyyədə hazırlıqla bağlı yığmamıza tövsiyələrini verib.
Xatırladaq ki, U-21 yığmamız Avstriyada keçirilmiş turnirdə Macarıstanın "Haladas" klubunu və Albaniyanın U-21 yığmasını məğlub etmiş (müvafiq olaraq, 2:1 və 2:0), Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə heç-heçə etmişdi - 1:1.
