1 aprel 2013 16:38
Arif İsayev oynamamasının səbəbini açıqladı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev Türkiyənin “Denizlispor” klubunun PTT Birinci Liqada “Erciyesspor”a qarşı keçirdiyi oyunda iştirak etməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində futbolçumuz bunları dilə gətirib:
“Ötən həftə mən mədə pozulması səbəbindən demək olar ki, məşq etməmşdim. Matça hazırlaşmamışdım. Məşqlərə bundan sonra başlayacağam. Oynamamağımın da səbəbi bununla bağlı idi”.
“Ötən həftə mən mədə pozulması səbəbindən demək olar ki, məşq etməmşdim. Matça hazırlaşmamışdım. Məşqlərə bundan sonra başlayacağam. Oynamamağımın da səbəbi bununla bağlı idi”.
