1 aprel 2013 17:05

Ramiz Məmmədov: Günahı futbolçuların üzərinə atan məşqçilərdən deyiləm

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- Türkiyə toplanışı zamanı “Steaua”, “Petrolul”, “Volın” kimi klublara qalib gələn “Qəbələ” hanı? Niyə qış fasiləsindən sonra Premyer Liqada həmin komandanı görə bilmirik?
- Biz fasilədən sonra zədə epidemiyası ilə üzləşmişik və qara zolağa düşmüşük. Çox təəssüf ki, oyunlara optimal heyətlə çıxa bilmirik. Hər oyun öncəsi kimsə sıradan çıxır. Bizim planlarımızı daha çox Ceyhun Sultanovla Mustafa Dabonun zədələnməsi korladı.
 
- Sizə elə gəlmir ki, yeni alınan futbolçular komandanın gücünə güc qata bilmədilər?
- Mənim yenilərlə bağlı heç bir iradım yoxdu. Luka Jinko və Kristian Pulhakdan razıyam. Valentiç də “Qarabağ”a qarşı pis oynamadı. Legioner limiti olduğuna görə, onların hamısını eyni vaxtda meydana buraxa bilmirəm. Buna görə də hamısı daimi oynaya bilmir.
 
- Bəs bu vəziyyətdən necə çıxış yolu tapmağı düşünürsüz?
- Mən bütün günahı futbolçuların üzərinə atan məşqçilərdən deyiləm. Öz problemlərimizi özümüz həll etməliyik. Heç nəyə də ehtiyacımız yoxdu. Rəhbərlik işləmək üçün bizə hər cür şərait yaradıb.
 
- Komandanın bu durumu haqda rəhbərlik nə fikirləşir?
- Heç nə demirlər. Amma bu, o demək deyil ki, biz bütün baş verənlərə görə utanmırıq. Hər şeyi yaxşı başa düşürük. Başa düşürük ki, bu, bizim mövqeyimiz deyil. Özü də biz futbol oynayaraq xal itiririk. Halbuki, sərgilədiyimiz oyunla liderlər qrupunda ola bilərdik. Çoxlu uşaq səhvləri edirik. Özü də bu səhvləri bir futbolçu etsəydilər, problemin həmin oyunçularda olduğunu bilib, komandadan uzaqlaşdırardıq. Amma bu səhvlər hər dəfə müxtəlif futbolçular buraxırlar.
 
- Dördüncü yeri tuta bilsəz, Avropa Liqasına vəsiqə qazana bilmək şansınız olacaq. Amma hazırda bu pillədə qərarlaşan “Simurq”dan yeddi xal geri qalırsız...
- Oyunları uduzmaq olar. Amma bu, o demək deyil ki, biz artıq bütün mövsümü boşa vermişik. Biz özümüzü ilk altılıqdakı digər klublardan heç də zəif hesab etmirik. Düzdü, hazırda heç də yaxşı günlərimizi yaşamırıq. Amma bu vəziyyətdən çıxış yolu var. Şans da var. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Bizim ilk altılığa çıxacağımıza da heç kim inanmırdı. Amma hazırda “Qəbələ” məhz iddialılar sırasında yer alıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.