2 aprel 2013 18:55
Veteran futbolçular jurnalistlər ilə futbol oynayacaq
Sabah “Neftçi”nin bazasında jurnalistlərlə veteran futbolçular arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, görüşdə həmçinin incəsənət xadimləri də iştirak edəcəklər.
Qarşılaşma veteran futbolçu Nazim Əliyevə həsr olunacaq. Qeyd edək ki, Əliyev aprelin 5-də 50 illik yubileyini qeyd edəcək.
