2 aprel 2013 11:15
“Yaxşı başa düşürük ki, avrokuboklara vəsiqəni heç kim bizə hədiyyə edəsi deyil”
“Bakı”nın hücumçusu Marius Penanın azerisport.az saytına müsahibəsi
- “Simurq” üzərində qazandığınız son qələbə barədə nə deyə bilərsiz?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Altılıq ərəfəsində danışırdılar ki, bizim heç nəyə şansımız yoxdu. Amma biz yenə də hər oyuna üç xal üçün çıxırıq. “Simurq” bizə qarşı yaxşı oynadı. Lakin onlar ələ düşən çoxsaylı qol şanslarından yararlana bilmədilər. Biz isə bunu bacardıq. Qələbə qazanmaq bizim üçün çox vacib idi. Buna hansı hesabla nail olmağımızın isə önəmi yox idi. Əsas odu ki, üç xal qazandıq.

- Amma yenə də sizin çempionatdakı şanslarınız çox cüzidi...
- Bu, heç nəyi dəyişmir. Onsuz da biz qalan oyunlara da yalnız qələbə üçün çıxacağıq. Əgər qalan bütün görüşlərimizi qalib başa vursaq, heç kim nə olacağını deyə bilməz. Bu, potensial 24 xal deməkdi. Ona görə də hər şey ola bilər. Çox şeyə turnir cədvəlinin liderləri ilə oyunlarımızdan sonra aydınlıq gələcək. Altılığın startına qədər komandamız çoxlu səhvlər buraxırdı. Amma artıq hər şey geridə qalıb.
- “Bakı”nın son uğurlarında sizin payınız böyükdü. Mart ayındakı üç turda 4 qol vurmusuz....
- Çıxışımın jurnalistlər tərəfindən müsbət qiymətləndirilməsi mənim üçün çox xoşdu. Amma bu qolları vurmağımda komandamın da rolu böyükdü. Çünki yaxşı komanda yoldaşlarım olmasaydı, mən də bu qolları vura bilməzdim. “Bakı”nın uğuru daha vacibdi. Çox istərdim ki, “Bakı” avrokuboklara vəsiqə qazansın, mən də bu turnirdə komandama kömək edim.
- Mart ayının ən yaxşı futbolçusu adına namizədlərin də siyahısına düşmüsüz...
- Düzünü deyim ki, mən bu haqda düşünmürəm. Mənə elə gəlir ki, ən yaxşı olmaq çox çətindi. Çünki lider komandaların üzvləri hazırda daha yaxşı təsir bağışlayırlar. Amma bu ada mən layiq görülsəm, təbii ki, çox sevinərəm. Ayın futbolçusu seçilmək də bir uğurdu. Elə klubum üçün də.
- Bəs siz özünüz mart ayının ən yaxşısı kimi hesab edirsiz?
- Bu barədə düşünmək, mart ayında kimlərin oynadığına baxmaq lazımdı. Çünki yaxşı futbolçular çoxdu.
- Bu barədə düşünmək, mart ayında kimlərin oynadığına baxmaq lazımdı. Çünki yaxşı futbolçular çoxdu.
- Qarşıda “Bakı”nı “İnter”lə oyun gözləyir...
- Maraqlı oyun olacaq. Çoxları bu komandaya qarşı keçirdiyimiz kubok oyunlarında bizə güvənmirdi. Amma yarımfinala məhz biz adladıq. Çempionatda da onlardan güclü olduğumuzu isbatlamaq istəyirik. Çox çətin olacaq. Lakin bu komandaya qalib gələcək gücdə olduğumuzu düşünürəm.
- “Bakı” yenə avrokuboklara vəsiqə qazana bilməsə, necə olacaq?
- Bu barədə düşünmürük. “Bakı”nın mövsümü titulla başa vurmaq şansları kifayət qədər yüksəkdi. Çünki kubokda da mübarizəmizi davam etdiririk. Əgər yarımfinalda “Xəzər Lənkəran”ı keçə bilsək, avrokuboklardan bizi cəmi bir addım ayıracaq. Həmin oyuna xüsusi hazırlaşacağıq. İlk oyun Bakıda olacaq. Qol vurub, buraxmamaq lazım gələcək. Yaxşı ki, hər şey öz əlimizdədi. Komanda yaxşı başa düşür ki, avrokubokları heç kim bizə hədiyyə edəsi deyil.